IT Team tərəfindən göndərildi | Avqust 18, 2010

Tarixi haqqında qısa məlumat

Tarixi haqqında qısa məlumat-Respublikamızın iri yaşayış məntəqələrindən olan Fuzuli rayonu 1827-ci ildə yaranmışdır. Həmin vaxtdan formalaşmış və Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin rayonu adlandırılmışdır. Rayonun mərkəzi Qaryagin qəsəbəsi olmaqla Qozlucayboyu, Kondələnboyu, Arazboyu və Fuzuli – Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir.1959-cu ildə boyuk şair Məhəmməd Fuzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişilmiş və Fuzuli rayonu adlandırılmışdır.Rayonun sahəsi 1386 kvadrat km, əhalisi isə 105 min nəfərdir.İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 78 kənd vardı. Ən iri yaşayış məntəqələri Fuzuli şəhəri, şəhər tipli Horadiz qəsəbəsi, Boyuk Bəhmənli, Horadiz və Qacar kəndləridir.Hazırda rayonun işğalından azad olunmuş ərazisində 13 qəsəbə və 22 kənd vardır. Qəsəbələrdən 12-i Respublika Prezidentinin 7 sentyabr 2001-ci il tarixli 577 saylı və 13 may 2002-ci il tarixli 700 saylı Fərmanları ilə Dovlət Neft Fondundan ayrılmış vəsait hesabına işğaldan azad olunmuş ərazidə məcburi kockun ailələri ucun yeni qəsəbə salınmışdır.
Fuzuli rayonu 1970-ci ildən boyuk inkişaf yolu kecmiş, tərəqqi etmiş, sənaye və muasir kənd təsərrufatı rayonuna cevrilmişdir. Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, 11 uzum emalı muəssisəsi, 100-dən cox iri muəssisə və təşkilat, dram teatrı, mədəniyyət evi, kutləvi kitabxana, mərkəzi rayon xəstəxanası və s. var idi.
Erməni silahlı quvvələri tərəfindən işğal edilməmişdən əvvəl rayonun kənd təsərrufatında əsas sahələr uzumculuk, taxılcılıq, ipəkcilik və heyvandarlıq olmuşdur. 15 kolxoz və 26 sovxoz var idi. Kənd təsərrufatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min hektar otlaq sahələri var idi. Rayonda Araz cayı uzərində Kondələn su anbarı tikilmiş, suvarma kanalları cəkilmişdir. Suvarılan torpaqlar 24 min hektardır. 1980-ci ilədək pambıqcılığa geniş yer verilmişdi. Sonralar rayonun təsərrufatları uzumculuk uzrə ixtisaslaşmışdı. 17,4 min hektarda uzum bağları salınmışdı. Uzumculukdə ən yuksək məhsuldarlıq 1985-ci ildə olmuş, 120 min ton uzum yığılmışdır.
İşğaldan əvvəl təsərrufatlarda 17600 baş qaramal, 70000 baş qoyun və keci saxlanılırdı.
Rayon 23 avqust 1993-cu ildə tam işğal olunmuşdur. 1994-cu ilin yanvarında rayonun 22 yaşayış məntəqəsi umummilli lider Heydər Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuşdur. Hazırda ərazidə 54 min nəfər məcburi kockun məskunlaşmışdır. 30 min kvadrat km ərazisi işğaldan azad olunmuşdur. 1 kvadrat km-ə 192 nəfər duşur.
1997-ci ildən başlayaraq rayonda işğaldan azad olunmuş ərazidə yeni iqtisadi islahat həyata kecirilməyə başlanmış, torpaq kəndlilərə paylanmışdır.
Hazırda rayonun ozəl bolmələrində 17328 baş qaramal, 60 min başa yaxın qoyun və keci vardır. Kecən il rayonun işğaldan azad olunan ərazisində 20 min ton taxıl istehsal olunmuşdur.
İşğaldan əvvəl rayonda 86 umumtəhsil və iki texniki peşə məktəbi, 65 məktəbəqədər uşaq bağcası, 90 kitabxana, 79 klub muəssisəsi, 1 tarix-diyarşunaslıq muzeyi, 9 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi fəaliyyət gostərirdi.
Bunlardan 38 umumtəhsil muəssisəsi, 2 texniki peşə məktəbi, 15 uşaq bağcası, 28 kitabxana, 19 klub muəssisəsi, 5 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi işğaldan azad olunmuş ərazidə fəaliyyət gostərir.
İşğal olunan əraziyə qayıdışdan otən muddət ərzində umummilli lider Heydər Əliyevin qayğısı sayəsində 21 məktəb binası muasir tələblərə cavab verən səviyyədə bərpa olunmuş, 8 məktəb binası yenidən tikilmiş, 11 tibb muəssisəsi bərpa olunmuş, 8 tibb muəssisəsi yenidən tikilmiş, ermənilər tərəfindən dağıdılmış və yandırılmış 3 mindən cox ev bərpa olunaraq sahiblərinin istifadəsinə verilmişdir.
Bundan başqa həmin muddətdə xeyli xidmət, mədəniyyət obyektləri, inzibati binalar bərpa olunmuşdur.
Bərpa və quruculuq işləri davam etdirilir.
Fuzuli tarix və memarlıq abidələri ilə zəngin bir rayondur. Memarlıq abidələrindən XIII əsr Əhmədalılar turbəsi, XIII əsr Babi turbəsi, Aşağı Veysəlli məscidi, Qarğabazar kəndində XVII əsr Hacı Qiyasəddin məscidi, XVII əsr Karvansaray, XVIII əsr turbə, Qocəhmədli kəndində XVIII əsr məscidi və s. vardır.
Vaxtilə rayonda onlarca adama Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. 7 cağırış SSRİ Ali Sovetinin, 9 cağırış Azərbaycan SSR Ali Sovetinin deputatı secilmiş Şamama Həsənova 2 dəfə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. 2 nəfər – İlyas Əfəndiyev və Elcin Əfəndiyev xalq yazıcısı, 2 nəfər – İslam Rzayev və Qəndab Quliyeva xalq artisti olmuşdur. Burada 300-dən artıq elmlər namizədi və elmlər doktoru yetişmişdir.
Hazırda Fuzuli şəhəri və 78 kəndin 58-i erməni işğalı altındadır.
Televiziya, radio, qəzet və digər kutləvi informasiya vasitələri haqda məlumat
Rayonda ilk dəfə «Qızıl Araz» adlı qəzet 1931-ci ildə dərc olunmuşdur.
Həmin qəzet 1966-cı ilə qədər «Qızıl Araz», 1966-cı ildən sonra isə «Araz» adı ilə dərc olunmuş, Fuzuli rayon partiya komitəsinin və rayon XDS-nin orqanı kimi fəaliyyət gostərmişdir.
Erməni işğalından sonra rayonda qəzetin fəaliyyəti 1997-ci ildə bərpa olunmuşdur.
Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin koməkliyi sayəsində məcburi kockunlərin işğaldan azad olunmuş əraziyə geri qayıdaraq məskunlaşmasının rəmzi olaraq rayon İcra Hakimiyyətinin və redaksiyanın yaradıcı kollektivinin orqanı kimi qəzet «Qayıdış» adı ilə dərc olunur.
Avtomobil, dəmir yolları haqda məlumat
Rayonun ərazisindən Bakı-Naxcıvan dəmir yol xətti kecir. Rayon ərazisində dəmir yol xəttinin uzunluğu 36 km-dir və dorduncu kateqoriyaya aiddir.
Bakı-Naxcıvan magistral yolu Fuzuli rayonu ərazisindən kecir. Hazırda işğaldan azad olunmuş ərazidə respublika əhəmiyyətli 110 km uzunluğunda avtomobil yolu vardır və həmin yollar ucuncu kateqoriyalı sayılır.


Cavablar

  1. tarix haqqiinda yenililer


vusal üçün bir cavab yazın Cavabı ləğv et

Kateqoriyalar