IRELI_ITM tərəfindən göndərildi | Avqust 18, 2010

Mənim Füzulim Mənim Azərbaycanım

Mənim Füzulim Mənim  Azərbaycanım-Rayonun sahəsi 1386 kvadrat kilometr, Əhalisi isə 136 min nəfərdən çoxdur. Əhalinin bir hissəsi yaşayış məntəqələri işğal edildiyindən müvəqqəti olaraq Bakıda və respublikanın digər rayonlarında məskunlaşıb.Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq  sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.Füzuli şəhərinin əsası 1827-ci ildə qoyulub və ilk adı Qarabulaq olub. Daha sonra Qaryagin qəzası adlanıb. Rayonu 8 avqust 1930-cu ildə təşkil olunub və Qaryagin adlandırılmışdır.1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb.Rayon ərazisindən  axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.Məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var.Hazırda Füzuli rayonunun 22 yaşayış məntəqəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bu yaşayış məntəqələri əsasən Arazboyunda – İranla sərhəddə yerləşir və bu yaşayış məntəqələrində ümumilikdə 55 min nəfərdən artıq əhali yaşayır. Əhalinin daha çox olduğu yaşayış məntəqələri Böyük Bəhmənli, Horadiz şəhəri, Kərimbəyli və Əhmədbəyli kəndləridir.Bundan başqa rayonun ərazisində Beyləqanla sərhəddə 2003-cü ildə Qayıdış adlı 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə əsasən İmişli və Biləsuvar rayonlarında 1993-cü ildə salınmış çadır düşərgələrindən çıxarılan Füzuli məcburi köçkünləri məskunlaşdırılıb. Bundan başqa, Zobcuq adlı ərazidə salınmış yeni qəsəbələrdə də məskunlaşma aparılıb. Hazırda bu qəsəbələrə əhalinin köçürülməsi prosesi gedir.

Füzuli rayonunda hazırda 2 şəhər (Füzuli və Horadiz şəhərləri) və 76 kənd var.

About these ads

Responses

  1. Mənim Füzulim


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

Kateqoriyalar

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: